"Bayern"in istədiyi məbləğ hazırdır - Mövsümün keçidi reallaşır

"Bayern"in istədiyi məbləğ hazırdır - Mövsümün keçidi reallaşır

"Barselona" Robert Levandovski üçün "Bayern Münhen"ə 4-cü təklifini hazırlayır.

Fanat.Az "sport1.de"yə istinadən xəbər verir ki, sıralarına can atan polşalı ulduzun transferində israrlı olan Kataloniya təmsilçisi bu dəfə keçidi reallaşdırmaqda qərarlıdır.

Belə ki, İspaniya nəhəngi "Bayern"in istədiyi məbləği - 50 milyon avronu ödəməyə hazır olduğunu rəsmi təklif şəklində qarşı tərəfə çatdırmağı planlaşdırır. Barselona təmsilçisinin PSJ-nin hər an araya girərək Roberti "oğurlaya" biləcəyindən ehtiyatlanaraq bu addımı atdığı vurğulanıb. Xəbərə görə, Münhen klubunun rəsmiləri layiqli əvəzedici tapa bilmədikləri Levandovskini dilə tutmağa çalışsalar da, səylər nəticə vermir. 

Qeyd edək ki, "Bayern"lə olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq Levandovski iş yerini dəyişmək istədiyini bir neçə dəfə dilə gətirib. Onun hədəfi "Barselona"da oynamaqdır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər