"Bayern Münhen" cari mövsümün sonunda kanadalı müdafiəçi Alfonso Devislə yollarını ayırmağa hazırdır.
Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, Almaniya top-klubunun rəhbərliyi 23 yaşlı futbolçuya qiymət qoyub. "Bayern" Devisin satışından ən azı 60 milyon avro qazanmaq istəyir.
Qeyd edək ki, Alfonsonun müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır. Kanadalı cari Bundesliqa mövsümündə 18 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Müdafiəçi 2019-cu ilin yayından Münhen klubunda çıxış edir.
Mirağa