"Bayer"dən Xabi Alonso ilə bağlı açıqlama - SON DURUM

"Bayer"dən Xabi Alonso ilə bağlı açıqlama - SON DURUM

"Bayer Leverkuzen"in baş direktoru Fernando Karro klubun bu yay baş məşqçi Xabi Alonsonu saxlaya biləcəyindən əmindir. 

Fanat.Az xəbər verir ki, ispan çalışdırıcı yeni məşqçi axtarışında olan bir sıra top-klubların, o cümlədən “Bayern Mqnhen” və “Liverpul”un maraq dairəsindədir. 

Tanınmış insayder Fabritsio Romanoya açıqlama verən Karro məşqçi ilə bağlı son durumu şərh edib: 

“Xabi Alonsonun müqaviləsi 2026-cı ilə qədərdir və onun burada qalacağına şübhə etmək üçün heç bir əsas yoxdur. Futbolda nə olacağını heç vaxt dəqiq bilmirsən, amma mən ona tamamilə güvənirəm, bizim əla münasibətimiz var”. 

"Bayer" Bundesliqa turnir cədvəlinə başçılıq edir. Çempjonatın bitməsinə səkkiz tur qalmış "əczaçılar" "Bayern Münhen"i on xal qabaqlayır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər