"Bayer Leverkuzen" baş məşqçisi Xabi Alonsonu hansı şərtlər altında buraxmağa hazır olduqlarına qərar verib.
Fanat.Az xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.
Xəbərə görə, “əczaçılar” ispan mütəxəssis üçün 24 milyon avro məbləğində təzminat almaq istəyirlər. Alonsoya iddialılar arasında "Bayern münhen" və "Liverpul" da var. Hər iki klub yayda baş məşqçiləri ilə yollarını ayıracaq. "Bayern"in artıq Alonso ilə danışıqlara başladığı bildirilir.
Xabi 2022-ci ildə "Bayer"in sükanı arxasına keçib. Onun Leverkuzenlə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. Almaniya Bundesliqasının 24 turunun nəticələrinə əsasən, Alonsonun komandası “Bayern”i 10 xal qabaqlayaraq birinci yeri tutur.
Mirağa