"Bayer" Xabi Alonsoya əvəzləyici tapdı

"Bayer" Xabi Alonsoya əvəzləyici tapdı

Almaniya Bundesliqasının lideri "Bayer Leverkuzen" yayda komandanı tərk edəcəyi gözlənilən baş məşqçi Xabi Alonsoya əvəzləyici tapıb. 

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis Xulen Lopeteqi karyerasını Almaniya çempionatında davam etdirə bilər. 

Bu barədə “Relevo” portalının jurnalistləri məlumat yayıb. 

Mənbənin məlumatına görə, Lopeteqi İngiltərənin "Liverpul" klubunun xidmətində maraqlı olduğu Alonsonun yerinə ən real namizəddir. Hələlik “əczaçılar” Lopeteqidən cavab almayıb. Hazırda Xulen işsizdir. Bu yaxınlarda ona Səudiyyə Ərəbistanından sərfəli təklif gəlib, lakin mütəxəssis Yaxın Şərq variantını geri çevirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər