"Bayer Leverkuzen"in müdafiəçisi London klubuna keçəcək

"Bayer Leverkuzen"in müdafiəçisi London klubuna keçəcək

İngiltərə Premyer Liqa klubu "Tottenhem" "Bayer Leverkuzen"in müdafiəçisi Pyero İnkapye maraqlanır. 

Fanat.Az xəbər verir ki, bu barədə "FourFourTwo" məlumat yayıb.

Mənbənin məlumatına görə, “Tottenhem” müdafiə xəttini gücləndirmək üçün ekvadorlu futbolçunu mövsümün sonunda transfer etməyi düşünür. 

Hotspurluların 22 yaşlı müdafiəçinin keçidi üçün Almaniya təmsilçisinə ən azı 40 milyon avro ödəməli olacağı bildirilir.

Xatırladaq ki, İnkapye bu mövsüm bütün turnirlərdə 33 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər