"Bayer Leverkuzen"ə "dur" deyən tapılmır - Rekord yeniləndi

"Bayer Leverkuzen"ə "dur" deyən tapılmır - Rekord yeniləndi

Almaniyanın “Bayer Leverkuzen” klubu şəxsi rekordunu yeniləyib. 

Fanat.Az xəbər verir ki, Xabi Alonsonun çalışdırdığı kollektiv buna məğlubiyyətsizlik seriyasını 30 oyuna çatdırmaqla nail olub.

Dünən Almaniya Kubokunun 1/4 final mərhələsində “Ştutqart”ı 3:2 hesabı ilə yenən Leverkuzen təmsilçisi son 8 matçın 7-də qələbə qazanıb.

Qeyd edək ki, “Bayer 04” növbəti matçını fevralın 10-da keçirəcək. Komanda həmin gün Bundesliqanın XXI turunda “Bayern Münhen” ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər