Almaniya Bundesliqasında 25-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.
“Maynts” - “Frayburq” matçı heç-heçə yekunlaşıb. “Union Berlin” evdə “Ayntraxt”a qalib gəlib. Lider “Bayern” isə səfərdə “Bayer”ə uduzub.
Bu məğlubiyyətin ardından “Bayern” liderliyi Dortmund “Borussiya”sına təhvil verib. Dortmundluların 53, münhenlilərin 52 xalı var. “Union Berlin” 48 xalla üçüncü pillədə qərarlaşıbsa, “Frayburq” 46, “Leypsiq” 45, “Ayntraxt” 40 xal toplayıb.
Almaniya Bundesliqası 25-ci tur 17 mart
Borussiya (Mönhenqladbax) – Verder 2:2 Qol: Turam, 48. Noyhaus, 73 – Dukş, 65; 89.
18 mart
Auqsburq – Şalke 1:1 Qol: Mayer, 51 – Bulter, 90+3-pen.
Bohum – Leypsiq 1:0 Qol: Masoviç, 48.
Hoffenhaym – Herta 3:1 Qol: Kramariç, 24-pen; 37-pen. Bebu, 51.
Ştutqart – Volfsburq 0:1 Qol: Marmuş, 56.
Borussiya (Dortmund) – Köln 6:1 Qol: R.Gerrero, 15. Haller, 17; 69. Roys, 32; 70. Malen, 36 – Selke, 42.
19 mart
Union Berlin – Ayntraxt 2:0 Qol: Xedira, 53. Behrens, 75.
Bayer – Bayern 2:1 Qol: Palasios, 55-pen; 73-pen – Kimmix, 22.
Maynts – Frayburq 1:1 Qol: Onisivo, 90+6 – Doan, 55.