"Bavariya"nın ulduzu "Real"da - RƏSMİ

"Bavariya"nın ulduzu "Real"da - RƏSMİ
Almaniya çempionu "Bavariya” ilə yolları ayıran David Alabanın yeni klubu bəllidir. 
Fanat.Az xəbər verir ki, 28 yaşlı cinah müdafiəçisi karyerasını Madrid "Real”ında davam etdirəcək.
 
İnformasiyanı İspaniya klubunun rəsmi saytı yayıb. Paytaxt klubuna azad agent statusu ilə keçən David 5 illik müqaviləyə imza atıb. 
 
Peşəkar karyerasına məhz "Bavariya”da başlayan Alaba 13 il idi Münhen təmsilçisinin formasını geyinirdi. 2011-ci ildə "Hoffenhaym”da icarədə oynamış futbolçu "Bavariya” ilə 27 titul qazanıb. 
 
Avstriya millisinin üzvü münhenlilərin formasıyla çıxdığı 431 oyunda 33 qol, 47 məhsuldar ötürmə ilə yadda qalıb. 
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər