"Bavariya"nın ulduzu: "Qolu cinsiyyət orqanımla vurdum"

"Bavariya"nın ulduzu: "Qolu cinsiyyət orqanımla vurdum"
Şənbə günü keçirilən və "Bavariya"nın 0:2 hesabı ilə geri düşməsinə rəğmən "Hoffenhaym"ı 5:2 hesabı ilə yendiyi matçda sabiq komandasına qol vuran Sandro Vagner maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, 90-cı dəqiqədə komandasının son qoluna imza atan futbolçu qolu cinsiyyət orqanının köməyi ilə vurduğunu bildirib. 
"Rafinya topu çevirdi və mənə toxunmaq qaldı. Təmiz bir toxunuş olmadığını bilirəm, ən böyük təsiri cinsiyyət orqanımla vurdum. Onun sayəsində qol oldu" deyə Sandro Vagner bildirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər