"Bavariya"dan 60 milyonluq təklif

"Bavariya"dan 60 milyonluq təklif
"Bavariya" "Bayer"in gənc ulduzu Leon Baileyi heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, Münhen klubu 20 yaşlı forvard üçün qarşı tərəfə 60 milyon avro təklif edib.
"Real" və "Çelsi"nin də istədiyi futbolçunu satmaq istəməyən "Bayer"in onun üçün 100 milyon avro istədiyi bildirilir.
Qeyd edək ki, "Bayer" Baileyi ötən ilin yanvarında "Genk"dən 13,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 45 milyon avro qiymət qoyub. O, 34 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər