Koutinyu "Bavariya"da qalır, yoxsa "Barsa"ya qayıdacaq? - AÇIQLAMA

Koutinyu "Bavariya"da qalır, yoxsa "Barsa"ya qayıdacaq? - AÇIQLAMA
Filippe Koutinyu növbəti mövsüm də "Bavariya"dakı çıxışını davam etdirə bilər.
Fanat.Az "Sport1"ə istinadən xəbər verir ki, Koutinyunun maraqlarını təmsil edən Kia Curabçian müştərisinin gələcəyi ilə bağlı danışıb:
"Hələlik qərar verilməyib. Əvvəl də dediyim kimi, bu qeyri-müəyyənlik periodunda transferləri və gələcək planlarımızı müzakirə etməmişik və etməyəcəyik.
Filippe Münhendə çox xoşbəxtdi. Klub, komandadakı yüksək peşəkarlıq onun xoşuna gəlir. Ən qısa müddət ərzində sağalmaq və komandaya kömək etmək istəyir. Onun üçün bundan daha önəmli məsələ yoxdu. Sonra vəziyyətin necə inkişaf edəcəyinə baxıb qərar verəcəyik".
Jurnalist Florian Plettenberqin sözlərinə görə, braziliyalı futbolçu 3-4 həftə ərzində yaşıl meydanlara qayıtmağı planlaşdırır. Baş məşqçi Hans-Diter Flik Kouya müsbət yanaşır. 27 yaşlı oyunçunun gələcəyi "Barselona"nın tələb etdiyi transfer məbləğindən asılı olacaq.
Koutinyu ötən ilin yayından icarə əsasında "Bavariya"da çıxış edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər