"Bavariya"da bir tarix bitir: iki ulduz gedir

"Bavariya"da bir tarix bitir: iki ulduz gedir
Bu mövsüm Bundesliqada uğursuz çıxış edən "Bavariya"da bir dövr qapanır.
Fanat.Az xəbər verir ki, münhen klubu komandanın iki ulduzu - Frank Riberi və Aryen Robbenlə yollarını ayırır. 
"Bild" qəzetinin məlumatına görə, Riberi ilə müqavilə yenilənməyəcək. Fransalı ulduz artıq Almaniyadan kənarda klub axtarışına başlayıb.
Robben isə komandada qalmaq istəyir. Amma klub onun xidmətində maraqlı deyil və mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmayacaq.
Qeyd edək ki, 35 yaşlı Riberi "Bavariya"ya 2007-ci ildə "Marsel"dən 30 milylon avroya transfer olunub. O, cari mövsümdə 17 rəsmi oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
34 yaşlı Robben isə 2009-cu ildə "Real"dan "Bavariya"ya 25 milyon avroya transfer olunub. Holland futbolçu bu mövsüm oynadığı 15 matçda 5 qola imza atıb və 2 məhsuldar ötürmə verib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər