"Bavariya" Leroy Sanenin transferi ilə bağlı "Mançester Siti" ilə danışıqları davam etdirir.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, "Bavariya" Saneyə 10 nömrəli formanı təklif etməyə hazırdı.
Hazırda Filippe Koutinyu Münhen klubunda 10 nömrə altında çıxış edir. İcarə əsasında oynayan braziliyalı futbolçunun klubu - "Barselona"ya qayıdacağı gözlənilir.
Daha öncə uzun müddət Aryen Robben "Bavariya"da 10 nömrəli formanı tərlədib.
Qeyd edək ki, Sane "Mançester Siti" ilə müqavilə yeniləməkdən imtina edib.
Fanat.Az