"Bavariya" "qızıl dubl" etdi - VİDEO

"Bavariya" "qızıl dubl" etdi - VİDEO
Almaniya Kubokunda final oyunu keçirilib. 
Fanat.Az xəbər verir ki, Berlindəki "Olimpiaştadion"da təşkil olunmuş qarşılaşmada "Bavariya" və "Leyptsiq" qarşılaşıb. Oyun Münhen təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Qolları 29-cu və 85-ci dəqiqələrdə Robert Levandovski, 78-ci dəqiqədə isə Kinqsli Koman vurub.
Bununla da "Bavariya" tarixində 19-cu dəfə ölkə kubokuna sahib olub. Bu klub daha əvvəl ölkə çempionluğu da əldə edib. 2009-cu ildə yaradılmış "Leyptsiq" isə ilk finalında darmadağın olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər