Manuel Noyer və "Bavariya" arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar davam edir.
Fanat.Az "Sport1"-ə istinadən xəbər verir ki, "Bavariya" Noyerə 3 illik müqavilə təklif edib. 34 yaşlı qapıçı təklifi qəbul edəcəyi təqdirdə ilinə 12 milyon avro qazanacaq.
Noyerin minimum 4 illik sözləşmə tələb etdiyi və 2024-cü ilə kimi komandada qalmaq istədiyi bildirilir.
Fanat.Az