"Bavariya" Nagelsmanla razılığa gəldi - SON DURUM

"Bavariya" Nagelsmanla razılığa gəldi - SON DURUM
"Laypsiq"in çalışdırıcısı Yulian Nagelsman "Bavariya"ya keçmək üzrədir.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi mütəxəssislə müddəti 2023-cü ilin yayında başa çatacaq müqavilənin detallarını da razılaşdırıb.
Daha öncə Nagelsmanın "Laypsiq" rəhbərliyindən sözləşmənin pozulmasını xahiş etdiyi barədə informasiyalar yayılmışdı.
Xatırladaq ki, "Bavariya"nın indiki baş məşqçisi Hans-Diter Flik mövsümün sonunda postundan gedəcək.
 
Atilla 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər