"Bavariya" mütləq rekordun biraddımlığında

"Bavariya" mütləq rekordun biraddımlığında
"Bavariya" avrokuboklarda "Atletiko"nun rekordunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, Münhen təmsilçisi buna Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Zalsburq"la matçda nail olub. Bundesliqa klubu avstriyalıları 3:1 hesabı ilə məğlub etməklə ardıcıl 16-cı qələbəsini qazanıb.
Bu isə avrokuboklarda ən yaxşı göstərici hesab edilir. Beləliklə, "Bavariya” "Atletiko”nun 2011/12-ci illər mövsümündə Avropa Liqasında və UEFA Super kubokunda qırdığı rekordu təkrarlayıb.
Qeyd edək ki, "Bavariya” dekabrın 1-də 5-ci turda "Atletiko" üzərində  qələbə qazanacağı təqdirdə, yeni rekord müəyyənləşdirəcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər