"Bavariya"ya Flikə görə təzminat verilməyə bilər

"Bavariya"ya Flikə görə təzminat verilməyə bilər
"Bavariya" baş məşqçisi Hans-Diter Flikin Almaniya yığmasının "sükanı arxası"na keçməsinə problem yaratmadığı üçün təzminat almaya bilər.
Fanat.Az "Kicker"ə istinadən xəbər verir ki, əvəzində milli Münhen klubu ilə yoldaşlıq görüşü keçirə bilər.
Həmin qarşılaşmanın yayımından gələn gəlirin "Bavariya"ya verilməsi planlaşdırılıb. Tərəflər indilik bununla bağlı razılığa gəlməyib. Almaniya Futbol İttifaqının təklifi klub tərəfindən qəbul edilsə, münhenlilərin heyətindəki milli üzvləri hansı tərəfdən oynamasına özləri qərar verəcək.
Qeyd edək ki, 2019-cu ildən "Bavariya"nı çalışdıran Flik mövsümün sonunda komandanı tərk etmək niyyətindədir. O, klubla olan müqaviləsinə xitam verilməsini arzuladığını "Volfsburq"la Bundesliqa matçından (3:2) sonra özü də dilə gətirib. Münhenlilər artıq yeni baş məşqçi də tapıb. Bu, "Laypsiq"in çalışdırıcısı Yulian Nagelsmandır.
 
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər