Mönhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Florian Noyhaus "Bavariya"nın diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira "Twitter" hesabından yayıb. Münhen təmsilçisinin futbolçunun agenti Kristian Nerlingerlə danışıqlara başladığı bildirilib. Tərəflər razılığa gəlsələr, keçidin qiyməti 40 milyon avro təşkil edəcək.
Sözügedən orta xətt oyunçusunun xidmətində "Levrpul", "Real", "Yuventus", "Mançester Siti" və "Tottenhem" kimi klublar da maraqlıdır.
Bu mövsüm Almaniya Bundesliqasında 23 oyuna çıxan Noyhaus 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.