Çempionlar Liqasının III təsnifat mərhələsinin 14, Avropa Liqasındakı 2 matçın ardından UEFA-nın əmsallar cədvəli yenilənib. Fanat.Az xəbər verir ki, bu oyunların heç birində təmsilçilərimiz oynamadığı üçün ölkəmizin hesabına cari mövsüm yazdığı 2,625 və son 5 ilin nəticələrinə əsasən yığdığımız 17,375 əmsal dəyişməyib.
Azərbaycan 22-ci pillədəki mövqeyində qalıb. Bizdən bir pillə öndəki Kipr aradakı fərqi 0, 675-ə yüksəldibsə, ən yaxın təqibçimiz İsveç geriləyərək yerini Belarusa buraxıb.
Azərbaycan bu nəticə ilə 22-ci yerdə qalıb. Lakin qonşularımız və onlarla fərqdə dəyişiklik olub. Düzdü, izlədiyimiz Kiprin 21-ci sradakı yeri dəyişməyib. Lakin bu gün uğurlu çıxış edən ada təmsilçiləri ilə fərq 0,675-ə qədər artıb.
İzləyicimiz İsveç isə mövqeyini Belarusa qaytarıb. Səfərdə 0:1 hesabıyla uduzduğu Praqa "Slaviya"sını öz meydanında 2:1 yenən BATE Çempionlar Liqasıyla vidalaşsa da, ölkəsinə 0,250 əmsal qazandırıb. İndi Belarusu Azərbaycandan bir qələbəlik əmsal - 0,250 ayırır.
Fanat.Az