BATE, Kiyev "Dinamo"su və "Ayaks" ÇL-dən qovuldu- BÜTÜN NƏTİCƏLƏR

BATE, Kiyev "Dinamo"su və "Ayaks" ÇL-dən qovuldu- BÜTÜN NƏTİCƏLƏR

Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları başa çatıb. Fanat.Az xəbər verir ki, 28 komandadan 14-ü qitənin ən nüfuzlu turnirindən Avroliqaya göndərilib. 

 

ÇL-in pley-off mərhələsinə yüksələn "Qarabağ" kimi, Çempionlar yolunda çıxış edən daha 9 kollektiv müəyyənləşib. Ağdamlılar komandalardan birinə rəqib olacaq. 

 

Liqa yolunda uğur qazananları isə pley-offda "Liverpul", “Sevilya”, “Napoli”, “Hoffenhaym” və “Sportinq”lə duellər gözləyir. Bəlli məsələdi ki, 15 məğlub Avroliqanın 4-cü mərhələsiylə təsəlli tapacaq.

 

Çempionlar yolu 

“Kopenhagen” (Danimarka) -  “Vardar” (Makedoniya) - 4:1

Qollar: Qrequs, 2, Lüftner, 26, Santander, 75, Sotriu, 88 - Nikolov, 19

İlk oyun - 0:1

 

BATE (Belarus) - “Slaviya” (Praqa, Çexiya) - 2:1

Qollar: Sinyeviç, 5, Staseviç, 46 - Şkoda, 44

İlk oyun – 0:1

 

APOEL (Kipr) - “Vitorul” (Rumıniya) - 4:0 (əlavə vaxtda)

Qollar: Karlao, 54, Merkis, 93, de Kamarqo, 90+4, Efrem, 105

İlk oyun – 0:1

 

 “Ludoqorets” (Bolqarıstan) - “Hapoel” (Beer Şeva, İsrail) - 3:1

Qollar: Vanderson, 9, 33, Marselinyo, 56 - Qadir, 61

İlk oyun – 0:2

 

“Hafnarfyordur” (İslandiya) - “Maribor” (Sloveniya) - 0:1

Qol: Tavares, 90+2

İlk oyun – 0:1

 

“Olimpiakos” (Yunanıstan) - “Partizan” (Serbiya) - 2:2

Qollar: Qarsela Qonzales, 22, Fortunis, 51 - Sumah, 33, Curceviç, 88

İlk oyun – 3:1

 

“Legiya” (Polşa) - “Astana” (Qazaxıstan) - 1:0

Qol: Çervinski, 76

İlk oyun – 1:3

 

“Riyeka” (Xorvatiya) - “Zalsburq” (Avstriya) - 0:0

İlk oyun – 1:1

 

“Rusenborq” (Norveç) - “Seltik” (Şotlandiya) - 0:1

Qol: Forest, 69

İlk oyun – 0:0

 Liqa yolu

 

MOİK (Moskva, Rusiya) - AEK (Yunanıstan) - 1:0

Qol: Naço, 74

İlk oyun – 2:0

 

“Başakşəhər” (Türkiyə) - “Brügge” (Belçika) - 2:0

Qollar: Adebayor, 7, Viska, 34

İlk oyun – 3:3

 “Ayaks” (Hollandiya) - “Nitsa” (Fransa) - 2:2

Qollar: Van den Bek, 26, Sançez, 57 - Suket, 3, Marsel, 79

İlk oyun – 1:1

 

“Viktoriya” (Çexiya) - “Styaua” (Rumıniya) - 1:4

Qollar: Krmençik, 64 - Balaşa, 27, Teyşeyra, 71, Tanase, 76, Alibek, 79 (pen.)

İlk oyun - 2:2

 

“Yanq Boyz” (İsveçrə) - “Dinamo” (Kiyev, Ukrayna) - 2:0

Qollar: Oarao, 13, Mvula, 89

İlk oyun – 1:3

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər