Baş məşqçiyə daha 5 oyunluq cəza verildi

Baş məşqçiyə daha 5 oyunluq cəza verildi

AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynovu daha beş oyunluq cəzalandırıb.

Fanat.Az xəbər verir ki, buna səbəb mütəxəssisin “Şahdağ Qusar”la oyunda hakimləri təhqir etməsidir. 

Onun cəzasının üzərinə daha beş matç əlavə edilib. Komitə aprelin 18-də də eyni səbəbdən baş məşqçini beş oyunluq cəzalandırmışdı.

"Şəmkir"in futbolçuları isə "Şimal"la qarşılaşma bitdikdən sonra paltardəyişmə otağının qapısını sındırıblar. Dəymiş ziyan "Şəmkir" klubu tərəfindən ödəniləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər