Baş məşqçiyə bir oyunluq təklif

Baş məşqçiyə bir oyunluq təklif

"Bursaspor" Sərgən Yalçına bir oyunluq təklif göndərib. Fanat.Az xəbər verir ki, klub rəhbərliyi mütəxəssisə komandanı Super Liqanın son turunda "Trabzonspor"la oyuna çıxarmağı təklif edib.

"Bursaspor" XXXIII turda "Gənclərbirliyi"nə 1:2 hesabı ilə yenilib. Bununla da 15-ci pilləyə yuvarlanan komanda aşağı liqaya düşmək təhlükəsi ilə üzləşib. Oyundan dərhal sonra baş məşqçi Adnan Örnek istefa verib.

"Qaziantepspor" və "Sivasspor" kimi klubları təhlükəli zonada qəbul edib Super Liqada saxlayan Sərgən Yalçının bu bacarığı "Bursaspor" rəhbərliyinin diqqətini çəkib. Onlar mütəxəssisin komandanı son turda "Trabzonspor"la oyuna çıxarmasını istəyir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər