NBA komandalarından "Qolden Steyt Uorriorz"un baş məşqçisi Stiv Körr 25 min dollar məbləğində cərimələnib.
Fanat.Az xəbər verir ki, 53 yaşlı mütəxəssis "Portlend Treyl Bleyzers"lə oynanılan görüşün 4-cü periodunda emosiyalarına hakim ola bilməməsi və hakim Ken Mauerin ünvanına təhqirlər səsləndirməsi səbəbindən cərimələnib.
Stiv Körr onu sakitləşdirməyə çalışan Kevin Dürantın köməkliyi ilə meydanı tərk etmişdi.
Fanat.Az