Mövsümün ikinci yarısına ölkə xaricində hazırlaşan "Xan Lənkəran" həftəsonu Region Liqasında VIII turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, səfərdə "Qobustan"la qarşılaşan "ağ-yaşıllar" 3:1 hesabı ilə qalib gəldiyi oyunda heyətin bir neçə üzvünün, o cümlədən, baş məşqçi İbrahim Uzuncanın xidmətindən yararlana bilməyib.
Toplanışı başa vurduqdan sonra test verən komandanın 10-a yaxın üzvü Antalyada karantində qalıb. Buna baxmayaraq, Uzunca "Qobustan"la oyunda Antalyadan komandasına göstərişlərini telefon vasitəsilə verib. "Xan Lənkəran"ın mətbuat xidməti həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb:
Mirağa