Baş məşqçisi Ronaldunu "3-lüy"ə layiq görməyib

Baş məşqçisi Ronaldunu "3-lüy"ə layiq görməyib

FİFA 2021-ci ilin ən yaxşı futbolçusunun kimliyini müəyyənləşdirən səsvermənin nəticələrini açıqlayıb.

Fanat.Az xəbər verir ki, Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuşun da seçimi bəlli olub.

O, çalışdırdığı millinin kapitanı Kriştianu Ronaldunu "üçlüy"ə salmayıb. Birinci yerə Nqolo Kanteni layiq görən mütəxəssis ikinci pilləni "Çelsi"nin digər futbolçusu Jorjinyoya, üçüncü sıranı isə "Bayern Münhen"in forvardı Robert Levandovskiyə verib.

Xatırladaq ki, ötən ilin ən yaxşı futbolçusu Levandovski olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər