Baş məşqçisi Ronaldu ilə bağlı vəziyyətə aydınlıq gətirdi

Baş məşqçisi Ronaldu ilə bağlı vəziyyətə aydınlıq gətirdi

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın hücumçusu Kriştianu Ronaldunun gələcəyi ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, bu baş məşqçinin portuqaliyalı ulduz haqda ilk rəsmi açıqlamasıdır.

“Ronaldu mənə klubdan getmək istədiyini deməyib. O, şəxsi səbəblərə görə bizimlə deyil. Yeni mövsümdə Ronaldunu səbirsizliklə gözləyirik. Onun ayrılacağı haqda oxumuşdum, amma dediyim kimi, futbolçu satılmır. O, bizim planlarımıza daxildir. Biz birlikdə uğur qazanmaq istəyirik”, - deyə Ten Haq mətbuat konfransında bildirib.

Qeyd edək ki, daha əvvəl Ronaldunun "qırmızı şeytanlar"ın rəhbərliyindən yaxşı təklif olarsa, onu satmağı xahiş etdiyi bildirilirdi. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər