Baş məşqçisi Mahirin çıxışı barədə danışdı

Baş məşqçisi Mahirin çıxışı barədə danışdı

Azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” Türkiyə Super Liqasının 28-ci turunda  “Antalyaspor”la heç-heçə edib - 1:1. 

Fanat.Az xəbər verir ki, Konya təmsilçisinin baş məşqçisi Aleksandar Stanoyeviç oyundan sonra komandanın və Mahirin çıxışına münasibət bildirib:

“İkinci hissədəki əvəzetmələrlə oyuna nəzarəti əlimizə almağa çalışdıq. Buna görə də, Mahir Emrelini meydana buraxdıq və cərimə meydançasına yaxın bir mövqeyə göndərdik. Endri Çekici və Emreli real qol epizodlarından yararlana bilmədi. Nəticə isə heç-heçə oldu”.

Xatırladaq ki, Emreli bu matçın 66-cı dəqiqəsində meydana buraxılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər