Kamran Ağayev Çexiyanın "Mlada" klubunda debüt edib. Fanat.Az xəbər verir ki, millimizin qapıçısı "Slaviya" ilə matçının start heyətində yeralıb.
Görüş Kamran və komandası üçün uğursuz alınıb. Belə ki, Praqa klubu qapıçımızın qoruduğu qapıya 4 cavabsız qol vurub - 4:0.
"Mlada"nın baş məşqçisi Duşan Uhrin oyundan sonra fikirlərini bildirib və Kamranın səhvlərindən danışıb:
"Oyuna çox passiv başladıq. "Slaviya" layiqli qələbə qazandı. Onlar bizdən üstün idi. Pis oynamadıq. İkinci hissədə çox fəal idik. Ardıcıl hücumlar təşkil etsək də, təəssüflər olsun ki, fərqlənməyi bacarmadıq. Hücumlardan birini qolla tamamlaya bilsəydik, bəlkə də birinci hissədə buraxdığımız iki qolun əvəzini çıxa bilərdik. Amma əksinə oldu, qapıçımız yersiz səhvlər etdi. Qapımızda üçüncü qolu görəndən sonra oyunun axarını dəyişmək çox çətin idi".
Qeyd edək ki, matçda 3-cü qol avtoqol olaraq Kamranı adına yazılıb.
Fanat.Az