“Reynaldonun “qırmızı” almasına çox üzüldüm. Komandamız üçün vacib oyunçudu. Məncə, hakim o epizodda sərt addım atdı”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın hücumçusu Vüqar Nadirov deyib.
“17 nömrə” daha sonra əlavə edib: “Məşqçinin mənə inanması məsuliyyət hissini ikiqat artırır. Məşqlərdə can qoymaq borcumdu. Avstriyada meydana çıxsam, bacardığımdan da artığını etməyə çalışacam. Rəqib qapısına yol tapacağımla bağlı içimdə inam var. Bu tarixi şansdı”.
Xatırladaq ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununun ardından düzənlənən mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov səfərdə Avstriya “Zalsburq”una qarşı Vüqara güvənəcəyini açıqlayıb. Mütəxəssis Nadirovun yaxşı formada olduğunu və ona inandığını bildirib.
Fanat.az