PSJ-nin ulduzu Neymarın müqaviləsinin şok detalları üzə çıxıb.
Fanat.Az xəbər verir ki, "Football Leaks"in yayımladığı sənədlərə görə, Paris klubu braziliyalı futbolçuya baş məşqçini tənqid etməməyə görə ildə 2,5 milyon avro ödəyir.
PSJ bundan başqa ulduzlarına azarkeşləri salamlamaq üçün də əlavə bonuslar ödəyir. Belə ki, azarkeşləri salamlamağa getmək üçün Tyaqo Silvaya aylıq 30, Edinson Kavaniyə 70, Neymara isə 375 min avro verilir.
Fanat.Az