Baş məşqçini tənqid etdi, əsas komandadan kənarlaşdırıldı

Baş məşqçini tənqid etdi, əsas komandadan kənarlaşdırıldı

İngiltərənin “Lester Siti” klubu müdafiəçisi Yannik Vesterqoru əvəzedici heyətə göndərib.

Fanat.Az xəbər verir ki, buna danimarkalı futbolçunun baş məşqçi Brendon Rocersi tənqid etməsi səbəb olub.

Onun əsas komandanın məşqlərinə də qatılmayacağı bildirilib. Futbolçu sadəcə, fərdi məşqlərlə kifayətlənəcək.

Vesterqor ölkəsinin mətbuatına açıqlamasında baş məşqçinin qərarlarını tənqid edib, az oynamasından şikayətlənib.

Təcrübəli futbolçu bu mövsüm “Lester Siti”də cəmi 4 oyuna çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər