Baş məşqçini silahla vurdular - VİDEO

Baş məşqçini silahla vurdular - VİDEO

Argentina futbolunda III Liqa oyunlarından birində qorxulu anlar yaşanıb.

Fanat.Az Argentina mətbuatına istinadən xəbər verir ki, "Hurakan" - "Ferro Karril" matçında silahlı insident baş verib. 

Mendozada keçirilən oyunun sonlarına yaxın tribunada azarkeşlər arasında gərginlik olub. Bu zaman açılan atəş nəticəsində qonaq komandanın baş məşqçisi Maurisio Romero çiynindən vurulub.

Silahlı hücuma məruz qalan məşqçinin həyati təhlükəsi olmasa da, qarşılaşma insident səbəbindən 79-cu dəqiqədə dayandırılıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər