"Mançester Siti"nin qapıçısı Ederson Moraes "Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin yaxın vaxtlarda Braziliya yığmasının baş məşqçisi olacağını deyib.
Fanat.Az xəbər verir ki, ESPN US qolkiperin sözlərini belə çatdırıb:
"Bu məsələni Kazemiro, Vinisius Junior və Eder Militao ilə müzakirə etmişəm. Böyük ehtimalla, baş məşqçimiz Ançelotti olacaq. O, tam fərqli bir mütəxəssisdir. Rəhbərlik etdiyi komandalarda hamı ilə yaxşı münasibət formalaşdırır, kollektiv tərəfindən sevilir. Ançelotti böyük uğurlar qazanmış biridir.
Milliyə yeni baş məşqçinin mümkün qədər tez təyin olunmasını istəyirəm. Çünki söz-söhbətlər çoxdur və mövcud vəziyyət yorucudur".
Nihat