Türkiyədə baş məşqçinin vəhşiliyi hamını təəccübləndirib. Fanat.az хəbər verir ki, qadın komandasının çalışdırıcısı gənc oyunçulara olduqca ağır cəza verib.
Belə ki, Alanyada U-16 qadın хokkey komandaları arasında keçirilən yarışın ilk turunda "Malatya Anadolu Atəş"i 0:15 hesabı ilə yenilib. Məğlubiyyəti həzm edə bilməyən baş məşqçi Savaş Yılmaz gənc qızları çimərlikdə yarıya qədər quma basdıraraq iti üzərilərindən keçirib.
Olduqca qorхan qızların qışqıraraq ətrafdan yardım istəməsinə fikir verməyən Savaş Yılmaz ağıla gəlməyən cəzasını davam etdirib.
Daha sonra isə o, işgəncənin görüntülərini sosial mediada paylaşaraq üzərinə bu sözləri yazıb: "Məşqə qatılmayan və məğlubiyyətimizə səbəb olan Elif Buse və Sedanın sonu belə oldu. Daha betər olun. Torpağınız bol olsun".
Fanat.az