İngiltərə milli komandasının baş məşqçisi Roy Hodson acı etiraf edib. Fanat.az xəbər verir ki, çalışdırıcı "Liverpul"un üzvü Daniel Sturridgeni zədəli halda Almaniyaya qarşı oynatdığını bildirib.
Buna görə peşman olmadığını və "Liverpul" camiəsindən üzr istəməyəcəyini deyən Hodson xarakterini tesdən keçirmək üçün belə bir addım atdığını qeyd edib. "Liverpul"lu futbolçunun tam hazır olmadığı halda meydana çıxmasının onun üçün önəmli olduğunu bildirən baş məşqçi "Tam hazır olmamasına rəğmən oynaması məni məmun etdi. Artıq gələcək üçün ona inana biləcəyimi bilirəm" deyib.
Qeyd edək ki, ötən ay tam sağalmamasına rəğmən Almaniya ilə yoldaşlıq oyununda 90 dəqiqə oynayan ingilis futbolçunun sol ayağındakı zədə səbəbindən 8 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Sturridge cari mövsümdə "Liverpul"un heyətində meydana çıxdığı 12 rəsmi matçda 9 qol vurub.
Fanat.az