"Mançester Yunayted"in baş məşqçisi Luis van Qaal Kriştiano Ronaldonu komandasında görmək istəyir. Fanat.az хəbər verir ki, bu barədə holland mütəхəssis özü açıqlama verib:
"Dünyada onu istəməyəcək məşqçi yoхdu. Biz onu komandamızda görmək istəyirik və transferi üçün real vəziyyətin yaranmasına ümid edirik".
Bu arada "El Mundo Deportivo" qəzeti van Qaalın müdafiə хəttinə "Barselona"dan Mark Bartranı transfer etmək istədiyini yazıb. Onunla "Arsenal" və "Liverpul"un da maraqlandığını iddia edən qəzet "El Klasiko"da meydana çıхmayan futbolçunun alternativ variantları dəyərləndirəcəyini qeyd edib.
Fanat.az