Baş məşqçi üzr istədi

Baş məşqçi üzr istədi

"Bu hadisəyə görə biz hamımız, eləcə də oyunçularım çox məyus olub. Hər şeydən əvvəl rəqib komandanın futbolçularından baş verən olaylara görə üzr istəyirəm. Heç kim belə olacağını bilmirdi. İndi bizi boş tribunalar gözləyir, oyunlarımızı tamaşaçısız keçirəcəyik". Fanat.az xəbər verir ki, bu sözləri Çernoqoriya yığmasının baş məşqçisi Branko Brnoviç deyib.

Baş məşqçi AVRO-2016-nın seçmə mərhələsinin Rusiya ilə keçirilən görüşü zamanı azarkeşlərin davranışına görə rəqib komandanın futbolçularından üzr istəyib. Dünən baş tutan qarşılaşmanın ilk dəqiqəsində tribunalardan yerli azarkeşlərdən biri alışdırıcı maddə atıb, Rusiya yığmasının və Moskvanın ÇSKA-sının qapıçısı İqor Akinfeyev zədələnib. Qapıçı xəstəxanaya yerləşdirilib, ona beyin silkələnməsi və yanıq diaqnozu qoyulub. 

Bu hadisədən sonra görüş dayandırılıb və 30 dəqiqə sonra yenidən başlayıb. Görüşün 67-ci dəqiqəsində yarımmüdafiəçi Roman Şırokov penaltini reallaşdıra bilməyib. Bundan sonra tribunadan atılan növbəti yad maddə Rusiya yığmasının başqa oyunçusu Dmitri Kombarova dəyib. Hesab açılmadan baş hakim Deniz Aytəkin oyunu dayandırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər