İsveçin "Göteborq" və Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubları arasındakı yoxlama oyunu qalmaqalla nəticələnib. Fanat.az xəbər verir ki, bu dəfə futbolçular yox, baş məşqçilər dava edib.
İki komanda təlim-məşq toplanışında olduqları İspaniyanın Kosta Del Sol şəhərində qarşılaşıb və İsveçrə klubu 4:0 hesablı qələbə qazanıb. Matçın sonuna yaxın Bolqarıstan klubunun bir oyunçusu rəqibə qarşı sərt oynayıb. Bu zaman "Göteborq"un çalışdırıcısı Mikael Stahre ona "Diqqətli ol, axmaq" deyib. Onun bu sözləri "Lokomotiv"ın baş məşqçisi Aleksandar Stankovun xoşuna gəlməyib və mütəxəssislər arasında dava düşüb. Özündən çıxan Stankov həmkarına yumruq atıb. Məşqçilər futbolçular sakitləşdirib.
Fanat.az