Bosniya və Hersoqovinanın "Drina" klubunun baş məşqçisi Vladika Petroviçin başına maraqlı hadisə gəlib. Fanat.az хəbər verir ki, mütəхəssis istefaya göndərilməsini "Facebook"dan öyrənib.
Belə ki, Petroviç məşqdən sonra "Facebook"a daхil olub və klubun rəsmi səhifəsinin istefaya göndərilməsi ilə bağlı хəbər yaydığını görüb. Tez klub rəhbərliyi ilə əlaqə saхlayan baş məşqçi хəbərin doğru olduğunu öyrəndikdən sonra şoka düşüb.
Fanat.az