İngiltərə Premyer Liqasında növbəti qalmaqal yaşanıb. Fanat.az xəbər verir ki, "Mançester Yunayted" klubunun baş məşqçisi Devid Moyesin 19 yaşlı qızı Lauren Moyesin klubun hücumçusu Uilfrid Zaxa ilə yatdığı bildirilir.
Bu barədə "elbalonrosa.com." saytı məlumat yayıb. Saytın məlumatında bildirilir ki, baş məşqçi qızı ilə Uilfridi yataqda bir yerdə tutub.
İndiyə qədər "Mançester Yunayted"in heyətində bir oyun belə keçirməyən futbolçu "Twitter" səhifəsidə haqqında yayılan məlumatların yalan olduğunu yazıb. Moyes isə "Twitter" səhifəsini gələn şərhlər səbəbindən bağlayıb.