"Eskişəhərspor"un mətbuat katibi Sıtkı Saraç "Fənərbaxça"ya keçən Ersun Yanalla bağlı şok ittiham irəli sürüb. Fanat.az xəbər verir ki, klub rəsmisi baş məşqçinin iclasa sərxoş vəziyyətdə gəldiyini bildirib.
Saraç bildirib ki, Yanalı "Fənərbaxça" ilə anlaşdıqdan sonra müqaviləsini pozamaq məqsədilə müzakirələr aparmaq üçün görüşə çağırıblar: "Ancaq o, görüşə sərxoş vəziyyətdə gəldi. Bunu ona yaraşdırmadım. Biz vəziyyətlə bağlı danışmağa çalışdığımız halda Yanal futbolçularımızla bağlı ağzına gələni deyirdi. Onun bu sözləri xoşma gəlmədi və "Eskişəhərspor"dan əlini çək" dedim. Bu səbəbdən coşdu və müqavilə məsələsində problem yaratdı. Amma başqanımız bu məsələni həll etdi. Daha sonra isə futbolçularımızı narahat etməyə başladı".
Fanat.az