Baş məşqçi prezidentin qızına vurulub - FOTO

Baş məşqçi prezidentin qızına vurulub - FOTO
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone ilə bağlı maraqlı xəbər yayılıb. Fanat.az xəbər verir ki Argentina mətbuatı onun klub prezidentinin qızına vurulduğunu iddia edib.
İddiaya görə, Argentinanın "San Lorenzo" klubunun prezidenti Fernando Mielenin qızı Veronika Miele Madridə səfəri zamanı Simeone ilə tanış olub. Məlumatda bildirilir ki, Fernando Miele qızı İspaniyaya gedərkən baş məşqçiyə zəng edərək ona yardımçı olmasını istəyib. Simeone Veronika ilə görüşüb. Onlar "Visente Kalderon" stadionunu, "Atletiko"nun muzeyini və Madridi birlikdə gəziblər. Bundan sonra isə bir-birlərinə vurulublar.
Argentinada həm də modelliklə məşğul olan Veronika iddialara bu cavabla reaksiya verib: "O, çox ilginc və maraqlı insandı".
Qeyd edək ki, Simeone 2009-2010-cu illərdə "San Lorenzo" klubunun baş məşqçisi olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər