"Baş məşqçi postuna təyinat planlaşdırılmır” - Mariana Vasileva

"Baş məşqçi postuna təyinat planlaşdırılmır” - Mariana Vasileva

"Hazırda bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi postuna hər hansı təyinat planlaşdırılmır”.

Fanat.Az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.

Nazir müavini vəzifəsinə təyin olunmazdan əvvəl bədii gimnastika üzrə Azərbaycan millisinə baş məşqçilik edən M.Vasileva deyib:

“Biz yeddi nəfərdən ibarət məşqçilər şurası çağırdıq və müzakirələr apardıq. Həmçinin, Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi də tövsiyələrini verdi.

Hazırda güclü və peşəkar kollektivimiz var. Konkret şəxsin baş məşqçi vəzifəsinə təyinatına ehtiyac duyulmur. Məşqçilər şurasının üzvləri birlikdə qərar qəbul edəcəklər. Mən həmişə onlara kömək edəcəyəm”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər