Baş məşqçi oyun zamanı infarkt keçirdi - FOTO

Baş məşqçi oyun zamanı infarkt keçirdi - FOTO
Almaniyanın II Bundesliqa klubu "Kayzerslautern”in baş məşqçisi Ceff Ştrasser oyun zamanı infarkt keçirib. Fanat.Az xəbər verir ki, hadisə yanvarın 24-də II Bundesliqanın XIX tur çərçivəsində "Darmştadt”la keçirilən oyunun fasiləsində baş verib. 
Ürəyində problem yaranan 43 yaşlı lüksemburqlu mütəxəssis dərhal xəstəxanaya çatdırılıb. İlk hissədən sonra hesabın açılmadığı qarşılaşma isə təxirə salınıb. Ştrasserin səhhətinin normal olduğu bildirlir.
 
Baş məşqçi oyun zamanı infarkt keçirdi - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər