Baş məşqçi Kriştiano Ronaldodan imtina etdi

Baş məşqçi Kriştiano Ronaldodan imtina etdi

"Mançester Yunayted” üçün "qış bazarlığı” yekunlaşıb.

 

Fanat.Az "Marka”ya istinadən xəbər verir ki, Aleksis Sançesi heyətinə qatan İngiltərə təmsilçisi Kriştiano Ronaldodan da əl çəkib.

İspaniya nəşrinə inansaq, artıq baş məşqçi Joze Mourinyo da rəhbərliyə Kriştianoya ehtiyac qalmadığını söyləyib və Sançes MY-də "7 nömrə” olacaq. Bildiyiniz kimi, Ronaldo Mançester komandasında bu nömrəli futbolkanı daşıyıb və "Real”a keçəndə də sevimli rəqəminə sadiq qalıb.

Qeyd edək ki, MY yaxın günlərdə Sançesi rəsmən rənglərinə bağlamağa hazırlaşır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər