Baş məşqçi jurnalistlər önünə yarıçılpaq çıxdı - FOTOLAR

Baş məşqçi jurnalistlər önünə yarıçılpaq çıxdı - FOTOLAR

Belçikanın "Antverpen" klubu Avropa Liqasının pley-off mərhələsində Kiprin "Omoniya" komandasını məğlub edərək (4:4, pen 3:2) qrup mərhələsinə adlayıb. 

Fanat.Az xəbər verir ki, qalib komandanın baş məşqçisi Brayan Pederson sevincini maraqlı tərzdə qeyd edib. 

Danimarkalı mütəxəssis oyunsonrası keçirilən mətbuat konfransına çılpaq vəziyyətdə qatılıb. 

"FOX Soccer"in yaydığı məlumata görə, "Antverpen"in çalışdırıcısı futbolçulara söz verib ki, Avropa Liqasının qrup mərhələsinə yüksələcəkləri təqdirdə oyundan sonra keçirilən mətbuat konfransına paltarsız qatılacaq. Vədinə əməl edən Pederson bədəninin ancaq aşağı hissəsini bədən dəsmalı ilə sarıyıb. 

Klubun mətbuat xidməti isə baş məşqçinin fotosunu rəsmi "Twitter" səhifəsində "Gözləyin. Burda nə baş verir?" şərhi ilə paylaşıblar.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər