Reqbi üzrə Fici yığmasının baş məşqçisi Ben Rayana "lider" adı, o cümlədən 1,2 hektar torpaq verilib.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, bu mükafat Rio Olimpiadasında millinin finalda prinsipial rəqibi Böyük Britaniya üzərində qazandığı 43:7 hesablı qələbəyə görə verilib.
Qeyd edək ki, Ben Rayan həmçinin Fici Ordeni cəngavəri elan edilib. Bu isə ölkənin ən şərəfli təltifi sayılır.
Fanat.Az