Baş məşqçi Çiçaritonun getdiyini təsdiqlədi

Baş məşqçi Çiçaritonun getdiyini təsdiqlədi

MLS təmsilçisi "Los-Anceles Qelaksi" meksikalı hücumçu Çiçarito (Xavyer Ernandes) ilə vidalaşdığını təsdiqləyib.

Fanat.Az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında sözügedən komandanın baş məşqçisi və idman direktoru Qreq Venni deyib:

"Los-Anceles Qelaksi"yə sadiqliyinə və komandanın inkişafına verdiyi töhfəyə görə Xavyerə minnətdarıq. Burada keçirdiyi dörd mövsümdə o, əsl liderlik keyfiyyətlərini həm meydanda, həm də meydandan kənarda ortaya qoyub. Ona hər şeyin ən yaxşısını arzulayırıq".

35 yaşlı Çiçarito iyunda ağır zədər alıb. Onun ön xaçvari diz bağları qopub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər